SOCAR: Yaponiya şirkətlərinin Azərbaycana sərmayə yatırması təklifləri dəyərləndiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Yaponiya şirkətlərinin Azərbaycana sərmayə yatırması təklifləri dəyərləndiriləcək

10:51 - 29 / 03 / 2016
SOCAR: Yaponiya şirkətlərinin Azərbaycana sərmayə yatırması təklifləri dəyərləndiriləcək

Martın 28-də SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.

1news.az SOCAR-ın saytına istinadən məlumat verir ki, qonağı səmimi salamlayan R.Abdullayev Azərbaycan və Yaponiya arasında uzunmüddətli, səmərəli əməkdaşlığın olduğunu vurğulayıb, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. SOCAR prezidenti ötən il Yaponiyaya səfərini və bu səfər zamanı keçirdiyi görüşləri xatırladaraq, həmin görüşlərdə Yaponiya şirkətlərinin Neft-Qaz Emalı və Neft Kimyası Kompleksi (NQNK) layihəsində iştirak perspektivlərinin ciddi müzakirə olunduğunu bildirib. Qeyd edib ki, SOCAR Yaponiya şirkət və bankları tərəfindən Azərbaycanın neft-qaz sənayesinə sərmayələrin yatırılması təkliflərini dəstəkləyir. Bu günlərdə "Mitsui" şirkəti nümayəndələrinin Bakıya səfəri zamanı həmin təkliflərin texniki cəhətdən dəyərləndiriləcəyini söyləyən SOCAR prezidenti, eyni zamanda AÇG layihəsində əsas tərəfdaşlardan olan İMPEX şirkəti tərəfindən gənc azərbaycanlı mühəndislər üçün treninqlərin təşkilindən danışıb, təcrübə mübadiləsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayb.

Səfir T.Takahaşi Yaponiya hökumətinin Azərbaycanla müxtəlif sahələr üzrə dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz sektoruna xüsusi önəm verdiyini qeyd edib, Yaponiya şirkətlərinin Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində uğurlu iştirakında dəstəyə görə təşəkkürünü bildirib, Yaponiya şirkətlərinin əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. Azərbaycanda Yaponiya şirkətlərinin fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edən səfir NQNK layihəsi üzrə əməkdaşlığın Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
555

Son xəbərlər

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38
Bütün xəbərlər