Kəlbəcərdən olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kəlbəcərdən olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

12:43 - 29 / 03 / 2016
Kəlbəcərdən olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax şəhərində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün sahibkarlarla işgüzar forum keçirib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə balın emalı) yaradılması;

- pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər