Hikmət Hacıyev: “Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb”
"İlkin məlumatlara əsasən Misirdə qaçırılan və daxili reyslə uçan təyyarədə Azərbaycan vətəndaşları olmayıb".
1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkənin müvafiq orqanları ilə təmasları davam etdirir.
Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb.
Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava limanına enib. Hazırda təyyarə Kipr hava limanında xüsusi sahədə yerləşir. Kipr hökuməti layneri ələ keçirən şəxslə danışıqlar aparır.
Ən son məlumatlara görə terrorçu 4 nəfər xarici vətəndaş və ekipaj üzvlərindən başqa təyyarənin bütün misirli sərnişinlərini azad edib.
1news.az