“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinə start verilib - FOTO

13:04 - 30 / 03 / 2016
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinə start verilib - FOTO

Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik Gəncə son dövrlərdə inkişafının ən yüksək dövrünü yaşayır. Yenilənən infrastruktur, tikilib istifadəyə verilən sosial-mədəni mərkəzlər irimiqyaslı tədbirlərin uğurla həyata keçirilməsinə imkan yaradır.

Son illərdə Gəncə şəhəri yalnız ölkə əhəmiyyətli deyil, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Gəncənin müasir tarixinin ən böyük uğuru isə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı tituluna layiq görülməsidir. Bu, bütün gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb.

1news.az-ın AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər martın 29-da Gəncə Şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin tədbirlər planının müzakirəsində səsləndirilib.

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov il ərzində keçiriləcək layihələr və təşkilati məsələlərlə bağlı ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 24 fevral tarixli Sərəncamını xatırladan M.Cəfərov diqqətə çatdırıb ki, tədbirlər planına uyğun olaraq, aprelin 27-28-də “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçiriləcək.

Açılış mərasimində bu vaxta qədər Avropanın eyni titula sahib olan şəhərlərindən bir sıra qonaqlar, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici turistlər iştirak edəcəklər. Beynəlxalq tədbirin daha yaddaqalan keçməsi üçün bir sıra dövlətlərdən mahnı və rəqs kollektivləri, ifaçılar dəvət olunacaq. Şəhərin mədəniyyət və istirahət mərkəzləri, xüsusilə tarixi məkanlar, Heydər Əliyev Mərkəzi, Gəncəçay Park Bulvar Kompleksi, Cavad xan küçəsi milli atributlarla bəzədiləcək. Həyata keçirilən layihələr çərçivəsində şəhərdə “Gənclər evi” və Avropa Gənclər Paytaxtı layihəsinin ofisi istifadəyə veriləcək.

Müşfiq Cəfərov onu da vurğulayıb ki, icra olunacaq tədbirlərin beynəlxalq əhəmiyyəti, miqyası və sayı nəzərə alınaraq, işlərin daha sürətli və keyfiyyətli icrası üçün çoxsaylı könüllülərin köməyindən də istifadə olunacaq. Bu məqsədlə artıq təşkilatı işlərə başlanılıb, layihədə iştirak edəcək gənclər seçilib və onlara bir sıra təlimlər keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi Azərbaycanın, o cümlədən Gəncə şəhərinin, eləcə də tarixi mədəni irsimizin, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir. Ona görə də nəinki təşkilat komitəsinin, iş icraçılarının, şəhər ictimaiyyətinin də üzərinə böyük vəzifələr düşür. İlkin tədbirlər planının hazır olduğunu bildirən E.Vəliyev qeyd edib ki, bununla bağlı olaraq şəhər icra hakimiyyəti tərəfindən sərəncam imzalanıb, təşkilati məsələlərin operativ həlli üçün qərargah yaradılıb və tədbirlər planına əsasən işlərə artıq start verilib.

Sonra tədbirin daha uğurlu təşkili üçün fikir mübadiləsi aparılıb, gənclər və ictimaiyyətin nümayəndələri tərəfindən irəli sürülən təkliflər müzakirə olunub.

1news.az

Paylaş:
831

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər