“Kamaz”ın çaya düşməsi nəticəsində ölən şəxslərin adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kamaz”ın çaya düşməsi nəticəsində ölən şəxslərin adları açıqlanıb

15:35 - 30 / 03 / 2016
“Kamaz”ın çaya düşməsi nəticəsində ölən şəxslərin adları açıqlanıb

Azərbaycanda “Kamaz” markalı yük avtomobilinin düşməsi nəticəsində ölən şəxslərin adlarına aydınlıq gəlib.

1news.az-ın Daxili İşlər nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 29-da saat 21 radələrində Salyan şəhərində “Kamaz” markalı avtomobil Akkuşa çayına aşıb.

Avtomobil sudan çıxarılıb. İlkin məlumatlara əsasən avtomobil Qobustan rayon sakini Araz Qaçayev tərəfindən idarə edilib, sərnişini isə Bakı şəhər sakini Mahir Həbibov olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Mövzu ilə bağlı:

Azərbaycanda “Kamaz” çaya düşüb, iki nəfər ölüb

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər