Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

21:27 - 30 / 03 / 2016
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan danışıb. O bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart qətliamı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qətliam törədiblər. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi yandırıb, çoxlu sayda insanı qətlə yetiriblər. Şamaxı qəzasının 53 kəndində isə ermənilər 8 mindən çox azərbaycanlını öldürüblər. Akademiyanın rəisi qeyd edib ki, son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillərdir.

Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 18 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hər il dövlət səviyyəsində anım mərasimləri və s. tədbirlər keçirilir.

Sonra Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov “Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız cinayətdir” və humanitar fənlər kafedrasının baş müəllimi Fizuli İbrahimzadə “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 mart soyqırımı və təcavüzkarlıq siyasəti” mövzusunda çıxışlar ediblər.

Tədbirin sonunda faciə ilə bağlı videoçarx nümayiş etdirilib.

1news.az

Paylaş:
732

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər