Səfir: “Azərbaycan və Misir arasında birbaşa aviareysin açılması barədə razılıq əldə olunub” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səfir: “Azərbaycan və Misir arasında birbaşa aviareysin açılması barədə razılıq əldə olunub”

10:22 - 30 / 03 / 2016
Səfir: “Azərbaycan və Misir arasında birbaşa aviareysin açılması barədə razılıq əldə olunub”

"Azərbaycan və Misir arasındakı münasibətlər yaxşı səviyyədədir. Münasibətlərdə pik nöqtə 2011-ci ilə təsadüf edib. Amma təəssüf ki, bundan sonra məlum hadisələrə görə münasibətlərində eniş yaşanmağa başlayıb".

1news.az-ın “Report”a istinadən məlumatına görə, bunu azərbaycanlı jurnalistlərlə görüşü zamanı Azərbaycanın Qahirədəki səfirliyinin müşaviri Rafael Bağırov deyib.

Onun sözlərinə görə, Misirdə prezident və parlament seçkiləri keçirildikdən sonra ölkədə hökumət formalaşıb və indi ikitərəfli səfərlərin təşkili üzərində iş aparılır: "Aprel ayında Qahirədə "Afrika-2016" forumu keçiriləcək. Orada dünyanın bir çox ölkələrindən prezidentlər və baş nazirlər iştirak edir. Mətbuatda Azərbaycan Prezidenti İlham Əliyevə də bu tədbirdə iştirak etmək üçün dəvət göndərilməsi barədə məlumat yayılmışdı. Amma hələlik biz onun iştirakını təsdiq edə bilmərik. Bu, tədbirə yaxın məlum olacaq".

İqtisadi əməkdaşlıq barədə danışarkən R.Bağırov ölkələr arasında hökumətlərarası komissiyanın yaradıldığını və onun 1-ci iclasının bu il Qahirədə keçirilməli olduğunu bildirib: "Misir tərəfdən həmsədr qismində beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr çıxış edir. Azərbaycanın həmsədri isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Hazırda iclas zamanı imzalanacaq sənədlər üzərində iş görülür".

R. Bağırov, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər Misir aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Müşavir eyni zamanda səfirliyin və Azərbaycan diasporunun fəaliyyəti barədə danışıb: "Misirdə az sayda azərbaycanlı yaşayır, sayları təxminən 40 nəfərdir. Onlar əsasən tələbələr və misirlilər ilə ailə quranlardır. Səfirliyin tərkibində Azərbaycan məktəbi də fəaliyyət göstərir. Burada misirlilər Azərbaycan dilini və mədəniyyətini öyrənir. Misirin Ayn Şəms Universitetində və Qahirə Dövlət Universitetində isə tələbələrin Azərbaycan dilini öyrəndiyi bölmələr var. Bundan başqa, Azərbaycan səfirliyi mətbuatla əməkdaşlıq edən ən fəal diplomatik missiyaların biridir. Məqalələrdə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat veririk. Biz həm də Dağlıq Qarabağ barədə reportaj hazırlamaq istəyən jurnalistlərə yardım edirik".

1news.az

Paylaş:
723

Son xəbərlər

Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42
Bütün xəbərlər