Avropa Azərbaycanlıları Konqresi azərbaycanlıların soyqırımı ilə bağlı müraciət yayıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa Azərbaycanlıları Konqresi azərbaycanlıların soyqırımı ilə bağlı müraciət yayıb

13:21 - 31 / 03 / 2016
Avropa Azərbaycanlıları Konqresi azərbaycanlıların soyqırımı ilə bağlı müraciət yayıb

Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin İnsan Hüqüqları idarəsinə,  Avropanın  müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-hökümət təşkilatlarına müraciət ünvanlayıb.

1news.az-ın məlumatına görə, alman və ingilis dilində yayımlanan müraciətdə 98 il bundan əvvəl 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən 31 mart tarixi Azərbaycanda Soyqırım günü kimi qeyd olunur.

Müraciətdə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, eləcə də Qərbi Azərbaycan ərazilərində qəbiristanlıqların, tariхi və mədəni abidələrin, məktəb, хəstəхana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsinə dair məlumat verilib.

Açıqlamada bildirilib ki, 1918-ci il mart soyqırımından 98 il keçməsinə baxmayaraq erməni millətçilərinin törətdikləri bu aktlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub.

Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət vermək tələb edilib və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb.

Müraciətdə dünya ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün  bütün imkanlarını səfərbər edəcəyinə ümid edildiyi vurğulanıb.

1news.az

Paylaş:
940

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər