Göygöl və Astaranın qaz təchizatında fasilələr olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Göygöl və Astaranın qaz təchizatında fasilələr olacaq

17:39 - 31 / 03 / 2016
Göygöl və Astaranın qaz təchizatında fasilələr olacaq

Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

1news.az –a SOCAR-dan verilən məlumata görə, aprelin 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər