Eldar Mahmudov hətta atasının şərəfinə büst qoymuş qohumunu da qarət edibmiş - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Mahmudov hətta atasının şərəfinə büst qoymuş qohumunu da qarət edibmiş - FOTO

18:02 - 31 / 03 / 2016
Eldar Mahmudov hətta atasının şərəfinə büst qoymuş qohumunu da qarət edibmiş - FOTO

1news.az-a məlum olduğu kimi, Baş Prokurorluğasabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun yaxınlarının hərəkətlərilə bağlı növbəti şikayət daxil olub.

Budəfəki şikayət eks-nazirin uzaq qohumu Hicran Seyidov adlı vətəndaşdan gəlib.

H.Seyodov şikayətində qeyd edir ki, E.Mahmudov atası Əhməd Mahmudovun şərəfinə onun qardaşı Elşad Seyidova Şərur rayonunda lisey binasının tikintisini həvalə edir.

Həmçinin lisey binasının qarşısında E.Mahmudovun atasına büst də qoyulur. Daha sonra, 2015-ci ilin oktyabrın 29-da büstün açılış mərasimi də baş tutur.

E.Seyidov liseyin tikintisinə 2 milyon manat xərcləyir. Tikinti ilə əlaqədar o, pul almadığı üçün özünə və yaxınlarına məxsus daşınmaz əmlakı satmaq məcburiyyətində qalır.

Bundan əlavə, E.Seyidov tərəfindən Azərbaycandakı bankların birində evinin girov qoyulması qarşılığında kredit ayrılır.

Lakin E.Mahmudov E.Seyidova gördüyü iş müqabilində yalnız 430 min manat verir. Tikintiyə sərf edilən pulun qalan hissəsini (1 milyon 570 min) ödəməkdən imtina edir.

Seyidov qardaşlarının sərf etdikləri pulları geri almaq cəhdləri heç bir nəticə vermir. Belə ki, E.Mahmudovun qohumlarından biri – Musa Mahmudov (“Karkas” ASC-nin rəhbəri) Seyidov qardaşlarına “hələ siz yaxşı qurtarmısınız”, deyə bildirir.

M.Mahmudovun sözlərinə görə, öz pullarını tələb edən bir biznesmenə qarşı E.Mahmudov çox qəddar davranıb: onun bütün əmlakını ələ keçirib və həmin şəxsdə məcbur olaraq xaricə qaçıb ki, sonradan da oradan qayıtmağa qorxub.

Mövzu ilə əlaqədar oxuyun:

Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar

Zərərçəkənin qeyd etdiyi kimi, E.Mahmudov özünü həddindən artıq lovğa, xəsis və acgöz iştahalı insan kimi aparırdı.

Hazırkı faktların araşdırılması müstəsna istintaq hüququdur. Lakin zərərçəkənlər ümid edir ki, onlar tez bir zamanda itirilmiş əmlaklarını geri ala biləcəklər.

1news.az

Paylaş:
1873

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər