Dövlət Komitəsi əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib

10:51 - 31 / 03 / 2016
Dövlət Komitəsi əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib

Əmlak Məsələləri Dövlət Komitəsi respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib.

Komitədən 1news.az-a verilən məlumata görə, artıq  vətəndaşlar, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə bir ünvanda – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilərlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları  maarifləndirməkdir.

Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edir, burada öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallarını bildirir.

Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bütün bu sualları cavablandırır və həlli istiqamətində müvafiq məsləhətlərini verirlər və zəruri hüquqi yardımı göstərirlər. Həmçinin hüquqşünaslar müraciət edən şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən verilməsi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları barədə də məsləhətlər verirlər.

Eyni zamanda, xidmət mülkiyyət hüquqlarının qorunması ilə bağlı vətəndaşların qarşılaşdığı digər çətinliklərin də aradan qalxmasına zəmin yaradacaq. Bəzən vətəndaşlar qanunvericiliyə uyğun olmayan sənədlərlə çıxarış alınması üçün ərazi qeydiyyat idarələrinə müraciət edirlər.

Həmçinin belə əmlaklar dövlət reyestrindən çıxarış olmadan alqı-satqı əməliyyatlarına cəlb olunur və vətəndaşlar məlumatsızlıqdan belə əmlakları alır, lakin sonradan sənəd çatışmazlıqları ucbatından çıxarış əldə edə bilmirlər. Belə əmlaklar çıxarış olmaması səbəbindən hər hansı hüquqi əməliyyata və digər hüquqi proseslərə cəlb oluna bilmir. Bəzən təyinatına zidd olan, mühafizə zonalarına aid edilən torpaqların alqı-satqı faktlarına da rast gəlinir. Lakin qanunvericiliklə qadağan olunduğu üçün vətəndaşlar sonradan belə torpaqlara dair çıxarış ala bilmirlər. Belə halların baş verməməsi üçün vətəndaşların əvvəlcədən məlumatlandırılması məqsədilə də bu xidmət çərçivəsində müvafiq məsləhətlər verilir, məlum hüquqi məsələlər izah edilir və hüquqi yardım göstərilir.

“Bu yenilik əmlak qanunvericiliyi ilə bağlı ictimai maariflənmənin genişlənməsinə səbəb olmaqla yanaşı, əmlakın qeydiyyatını da sürətləndirəcək. Bununla bərabər mülkiyyət mənafelərinin qorunmasında ictimai məmnunluğun artmasına, daşınmaz əmlak bazarında aktivliyə səbəb olacaq”- deyə, Komitədən bildiriblər.

1news.az

Paylaş:
528

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər