Gədəbəydə limonad zavodu tikilib – FOTO – VİDEO
Altı il öncə Gədəbəy rayonunun Zəhmət kəndində su istehsalı və qablaşdırılması müəssisəsi kimi fəaliyyətə başlayan “Gədəbəy Mineral Suları” fabriki öz istehsal gücünü artıraraq məhsulların çeşidlərini genişləndirir.
Yerli məhsullara təlabatın artımını nəzərə alan rəhbərlik müasir standartlara cavab verən yeni limonad istehsalı fabrikini istifadəyə verib. Bu limonad fabriki ən müasir texnologiyalar və tələblərə cavab verən loboratoriya ilə təchiz olunub. Müsair loboratoriya ilə təchiz edilən fabrik saatda 0,5 litr olmaqla 16000 butulka doldurmaq gücünə malikdir.
Fabrikdə hazırda 5 növ limonad içkisi istehsal olunur. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilən fabrikdə daha 20 nəfər işlə təmin olunub. Zavodda isə ümumilikdə 70-dən artıq işçi çalışır. "Gədəbəy Mineral Suları MMC"nin baş direktoru İlham Əliyev bildirib ki, məhsullar keyfiyyətinə görə ən qabaqcıl standartlara cavab verir və xarici markalarla rəqabət aparır.