Unibank sahibkarlara güzəştli kreditlərin verilməsini davam etdirir
Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.
Ötən il bank tərəfindən təkcə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən 130 kredit verilib. 2014-ci il ərzində isə Fondun vəsaitləri hesabına sahibkarlara 3.1 mln. manatlıq 180 kredit ayrılıb. Bu il üçün təsdiqlənmiş plana əsasən, Unibank SKMF-nin xətti ilə kreditlərin verilməsinə başlayıb.
Sahibkarlığa Kömək Milli Fondunun xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6%-lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla, 5 min manatdan 10 milyon manatadəkdir.
Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”, “Yasamal” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,https://twitter.com/unibank) əldə etmək olar.
Unibank – biznesinizə daimi dəstək!
Unibank – hər kəsin bankı!