Bakının Bəkir Çobanzadə küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Bəkir Çobanzadə küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

23:02 - 01 / 04 / 2016
Bakının Bəkir Çobanzadə küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

“Azəravtoyol” ASC tərəfindən asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq, aprelin 2-si, səhər saatlarından etibarən Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az-a ASC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, hərəkətin məhdudlaşdırılması Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək tətbiq olunacaq.

Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər