Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir

12:17 - 01 / 04 / 2016
Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir

Kapital Bank “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir.

Azərbaycanla yanaşı, həmçinin Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında tətbiq olunan “Xəzri” sistemi vasitəsilə ötən il ərzində 312 mindən artıq müştəri 121 milyon manatdan artıq pul köçürməsi həyata keçirib. Son dövrlərdə sistemə Ukraynanın Kristalbank, Aqroprombank, Akkordbank və Tacikistanın SpitamenBank-ı da qoşulub və bununla “Xəzri”nin mövcud olduğu məntəqələrin sayı 3500-dən artıqdır.

Bu ilin mühüm yeniliklərindən biri də “Xəzri” sisteminə Azərbaycanda ilk tərəfdaş bankın – Atabank-ın qoşulması oldu. Artıq müştərilər Azərbaycan üzrə Atabank filiallarında da “Xəzri” vasitəsilə köçürmələrin həyata keçirə bilərlər.

Qeyd edək ki, “Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
659

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər