Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

15:01 - 02 / 04 / 2016
Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə, həmçinin Ermənistanın müdafiə naziri Seyran Ohanyanla münaqişə zonasında vəziyyətin stabilləşməsilə bağlı təcili telefon danışığı aparıb.

TASS-ın verdiyi xəbər görə, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətində məlumat verilib.

Həmçinin TASS-ın məlumatına görə, bu ərazilər hər zaman Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzində olub.

“Bununla əlaqədar olaraq, Rusiyanın müdafiə naziri Sergey Şayqu öz həmkarları ilə – Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə münaqişə zonasında vəziyyətin stabilləşməsilə bağlı təcili olaraq telefon danışığı aparıb”, - mətbuat xidmətinin məlumatında qeyd olunur.

1news.az

Paylaş:
1009

Son xəbərlər

Bütün xəbərlər