Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir" | 1news.az | Xəbərlər
Siyasət

Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir"

16:11 - 02 / 04 / 2016
Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir"

"Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib:

"Heç bir təşviş yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq istəyir".

1news.az

Paylaş:
1209

Son xəbərlər

Bütün xəbərlər