Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər

16:50 - 03 / 04 / 2016
Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, danışıqlar zamanı general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

 1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər