Mərkəzi Bank: Valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank: Valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb

17:05 - 04 / 04 / 2016
Mərkəzi Bank: Valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb

Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır.

Mərkəzi Bankdan 1news.az-a verilən məlumata görə, lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir.

Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel tarixində valyuta alışı hərracı keçirib və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər