“Azercell”dən cəbhə xəttinə dəstək
Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell” şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə, Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir.
1news.az-ın məlumatına görə, abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər.
Qeyd edək ki, aprelin 2-dən “Azercell”in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır.
“Azercell”in hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib.
“Azercell”in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.
1news.az