Azərbaycan şirkəti Rusiyaya quru süd ixracına başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan şirkəti Rusiyaya quru süd ixracına başlayıb

12:57 - 04 / 04 / 2016
Azərbaycan şirkəti Rusiyaya quru süd ixracına başlayıb

Səba şirkəti Rusiyaya quru süd ixracı ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, məhsulun ilk partiyası artıq maşınlara yüklənib yola salınıb. Bu barədə şirkətin media ilə əlaqələr bölməsindən bildiriblər.

“Hadisənin əhəmiyyətli cəhəti odur ki, indiyədək Azərbaycana Rusiyadan süd məhsulları, Ukrayna və Belorusiyadan isə quru süd idxal edilirdi. Lakin Səba-nın yeni ixrac müqaviləsi Azərbaycan şirkətinin bu prosesi əksinə çevirdiyini göstərir. Bizim istehsal etdiyimiz quru süd xarici bazarlar, hətta Rusiya kimi iri süd istehsalçısı olan ölkə üçün də maraqlıdır” – Səba şirkətindən məlumat verilib.

Səba-nın quru süd məhsulunu şirkətin törəmə müəssisəsi Biləsuvar Aqro MMC istehsal edir. Azərbaycanın dövlət başçısının xeyir-duası ilə 2008-ci ildə fəaliyyətə başlamış müəssisənin günlük süd emalı gücü 200 tondur. Müəssisə südü Ağdaş, Bərdə və ölkənin başqa rayonlarında yerləşən fermalardan tədarük edir. Səba şirkətinin süd emalı müəssisəsi ildə 7000 ton quru süd ixrac etmək gücünə malikdir. Bu isə kəndli və fermerlərdən 80 mln. süd tədarükü deməkdir. Qeyd olunan həcmdə südlə müəssisə, eyni zamanda, ölkəyə idxalı yerli məhsulun xeyirinə dəyişən 3000 ton kərə yağı istehsalı gücündədir.

Biləsuvar Aqro MMC-nin ilkin məqsədi kərə yağı və quru süd istehsalı olsa da, ötən illərdə Azərbaycan manatının gücü və dünya bazarında quru südün qiyməti bu məhsulun ixrac qabiliyyətini aşağı edirdi. Lakin hazırda manatın məzənnəsinin dollara nisbətdə dəyişməsi, eləcə də ölkədə gedən islahatlar, qanunvericilikdə ixracı stimullaşdıran yeniliklər, icra mexanizminin çevikləşdirilməsi Azərbaycan kəndlisindən tədarüklə əldə edilən quru süd məhsulunu xarici bazarlara çıxarmağa imkan yaradıb. İlk addım kimi Səba-nın istehsal etdiyi bu Azərbaycan məhsulu Rusiyanı maraqlandırıb. Qeyd edək ki, Səba quru südü 2 çeşiddə - yağsız və 25% yağlı buraxılır.

Paylaş:
4863

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər