AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

14:56 - 05 / 04 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

3 aprel  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXVIII turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Junior Martinsin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Rəvan” – “Neftçi” matçında “Neftçi” klubunun 41 №-li futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

1 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Mil-Muğan” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

1 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Bakılı” – MOİK matçının 77-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Şərurspor” – “Turan Tovuz” matçında “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

28 mart 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində “Zirə” klubunun 92 №-li futbolçusu Nəbi Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

31 mart 2016-cı il, U-16 Liqasında AZAL – “Kəpəz” matçı başa çatdıqdan sonra AZAL klubunun 11 №-li futbolçusu Röyal Ələsgərov və “Kəpəz” klubunun 2 №-li futbolçusu Rəşad İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanır.

31 mart 2016-cı il, U-16 Liqasında “İnter” – “Rəvan” matçının 49-cu dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Elvn Cəfərquliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

29 mart 2016-cı il, Boulevard Hotel U-15 Liqasının “Bakı” – AZAL matçının 2-ci dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Qurban Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

2 aprel 2016-cı il, U-14 Liqasının “Qarabağ” – “Neftçi” matçının 44-cü dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Nihad Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

3 aprel 2016-cı il, U-14 Liqasının “Neftçi” – “Sumqayıt” matçının 19-cu dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Mirəli Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

3 aprel 2016-cı il, U-14 Liqasının “Bakı” – “Vətən” matçının 50-ci dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

1 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin “Baku Fire”  – “Forza Neftçi” matçının 6-ci dəqiqəsində “Baku Firə” klubunun 27 №-li futbolçusu Ümüd Paşayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

Oyunun 9-ci dəqiqəsində “Baku Firə” klubunun 5 №-li futbolçusu İbiş Zeynalovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

2 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin “Admiral”  – “Yeni Günəşli” matçının 26-ci dəqiqəsində “Yeni Günəşli” klubunun 5 №-li futbolçusu Fəyyar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

2 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin FHN – “Verdant”  matçının 19-cu dəqiqəsində “Verdant” klubunun futbolçusu Osman Zahirbəyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

Oyunun 28-ci dəqiqəsində “Verdant” FK klubunun 10 №-li futbolçusu Kənan Bağdadov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

3 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin “Nəbi” FK  – “Amrahbank” matçının 8-ci dəqiqəsində “Nəbi” FK klubunun 6 №-li futbolçusu Ülvi Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

3 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin “Qatar”  – “Yasamal” matçının 15-ci dəqiqəsində “Yasamal” klubunun 9 №-li futbolçusu Anar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılır.

1news.az

 

Paylaş:
944

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər