Tibb Universitetinin tələbələri orduya dəstək aksiyası keçirdilər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb Universitetinin tələbələri orduya dəstək aksiyası keçirdilər - FOTO

17:59 - 05 / 04 / 2016
Tibb Universitetinin tələbələri orduya dəstək aksiyası keçirdilər - FOTO

Azərbaycan Tibb Universitetinin 1000-ə yaxın tələbəsi Milli Ordunun cəbhə bölgəsindəki uğurlarına, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək mitinqi keçiriblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə universitetin mətbuat xidmətindən məlumata verilib.

Məlumata görə, tələbələr yaralılara kömək məqsədilə qanvermə aksiyalarında fəal iştirak edəcəklərini bildiriblər.

Sonda mitinq iştirakçıları hamılıqla Azərbaycanın dövlət himnini oxuyublar.

1news.az

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər