Vergilər Nazirliyində qanvermə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vergilər Nazirliyində qanvermə aksiyası keçirilib - FOTO

20:14 - 05 / 04 / 2016
Vergilər Nazirliyində qanvermə aksiyası keçirilib - FOTO

Vergi orqanlarında qanvermə aksiyasına start verilib.

Vergilər Nazirliyindən 1news.az-a bildirilib ki, qanvermə aksiyasının ilk günündə nazirliyin aparatının struktur bölmələrinin 260 nəfərdən çox əməkdaşı iştirak edib. Aksiya Vergilər Nazirliyinin yerli strukturlarında aprelin 8-dək davam etdiriləcək.

Xatırladırıq ki, vergi orqanlarının əməkdaşları artıq ənənəyə çevrilmiş qanvermə aksiyalarında 10 ildir ki fəal iştirak edirlər.

1news.az

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər