Sahib Ələkbərov: “Vergidən yayınma halları əsasən ticarət, tikinti və ictimai iaşə məntəqələrindədir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahib Ələkbərov: “Vergidən yayınma halları əsasən ticarət, tikinti və ictimai iaşə məntəqələrindədir”

13:19 - 06 / 04 / 2016
Sahib Ələkbərov: “Vergidən yayınma halları əsasən ticarət, tikinti və ictimai iaşə məntəqələrindədir”

Azərbaycanda vergi sahəsində əsas problem vergi mədəniyyətinin və şəffaflığın aşağı səviyədə olmasıdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, müəssisə və idarələrdə aparılan vergi yoxlamalarının təxminən 96 faizində vergidən yayınma halları aşkar edilir. Vergidən yayınma halları isə əsasən ticarət, tikinti və ictimai iaşə məntəqələrində mövcuddur:

“Dünyanın başqa dövlətləri ilə müqayisədə Azəraycanda vergi dərəcələri, vergi yükü xeyli aşağıdır. Buna baxmayaraq bir çox hallarda vergidən yayınma halları mövcuddur.Vergidən yayınma əsasən nəğd ödəniş olan sahələrdədir. Nəğdsiz ödəməyə keçsək bu sahədə problemlər də tədricən aradan qalxar və büdcəyə vergidən daxilolmalar xeyli artar”.

S.Ələkbərov şou-biznes nümayəndələrinin vergidən yayınması məsələsinə dətoxunub:

“Təəssüf ki, şou-biznes nümayəndələri arasında da vergidən yayınma halları yüksəkdir. Elə müğənnilər var ki, həftədə bir neçə dəfə, gündə toya gedirlər, lakin büdcəyə cəmi 40-50 manat vergi ödəyirlər, ya da heç ödəmək istəmirlər. Onlara nisbətən çox az maaş alan adi süpürgəçi isə qəpiyinə kimi vergisini ödəyir.

Lakin sevindirici haldır ki, bu sahədə də müsbət dəyişiklik var. Keçən ilin dekabr ayında şou-biznes nümayəndələrindən əvvəlki 11 aydakı qədər vergi ödəməsi daxil olub”.

1news.az

Paylaş:
536

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər