“Azərsu” ilin sonuna kimi sayğaclaşma işlərini başa çatdıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” ilin sonuna kimi sayğaclaşma işlərini başa çatdıracaq

16:17 - 06 / 04 / 2016
“Azərsu” ilin sonuna kimi sayğaclaşma işlərini başa çatdıracaq

“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli  gələn vəzifələrin icrasına başlanılıb.

1news.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.

Sərəncama əsasən,  əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq.

Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, tender elanının tam mətni www.azersu.az  saytının “Tender və elanlar” bölməsində yerləşdirilib.

Nəzərinizə çatdıraq ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanıb. 1 aprel 2016-cı il tarixə olan məlumata görə, “Azərsu” ASC tərəfindən 417550 smart sayğac  quraşdırılıb.

Quraşdırılmış sayğacların 381381 ədədi əhali, 36169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244997, regionlarda isə  172553 ədəd smart sayğac quraşdırılıb.

1news.az

Paylaş:
526

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər