Xalq Bank lotereyanın qaliblərini müəyyən etdi
5 aprel tarixində ASC “Xalq” Bankı plastik kart sahibi olan müştərilərinin iştirakı ilə “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın ilk uduşunu keçirdi.
Tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 84 220 bilet iştirak edirdi. Uduşda 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak ediblər.
“Xalq B zxvank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın ilk uduşunda bilet № 14312824 - Allahyarov Ağalar Məmmədağa oğlu; bilet № 14285643 - Axundova Kəmalə Çingiz qızı və bilet № 14292032 - İbrahimova Cülyetta Paşa qızı qalib gəldi.
Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə etdilər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixinədək davam edəcək. Növbəti tiraj may ayının 5-də baş tutacaq. Bu tirajda aprel ayının 1-dən 30-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.
Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.
1news.az