Lisenziyasız beynəlxalq rabitə xidməti təşkil edən şəxslərə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisenziyasız beynəlxalq rabitə xidməti təşkil edən şəxslərə qarşı cinayət işi açılıb

11:45 - 06 / 04 / 2016
Lisenziyasız beynəlxalq rabitə xidməti təşkil edən şəxslərə qarşı cinayət işi açılıb

Azərbaycanda icazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkilinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı xarici ölkə vətəndaşları Basit Abdul və İqbal Tanveerin həmyerliləri Tahir adlı şəxslə cinayət əlaqəsinə girərək paytaxtın Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırdıqları avadanlıqlardan istifadə edərək “Azərfon”, “Azercell” və “Bakcell” MMC-lərə məxsus nömrələr vasitəsi ilə mobil operator şəbəkələrinə birtərəfli telefon danışıqları təşkil edən “SİMBOX” avadanlığı üzərindən “Xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq almadan beynəlxalq rabitə xidmətlərini təşkil etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə külli miqdarda, yəni 7 min 500 manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
653

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər