Sahib Ələkbərov: “Əvvəlki illərlə müqayisədə dövlət qurumlarının vergi borcu xeyli dərəcədə azalıb”
“Əvvəlki illərlə müqayisədə dövlət qurumlarının vergi borcu xeyli dərəcədə azalıb”
1news.az-ın verdiyi xəbərə görə, bunu çərşənbə günü jurnalsitlərlə keçirilən mətbuat konfransı zamanı vergilər nazirin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, keçən il Vergilər Nazirliyi dövlət büdcəsinə 7 milyard 118 milyon manat vəsait ödəyib.
“Bu ilin I rübündə vergilər üzrə proqnoz 101,4 faizlik göstərici ilə icra olunub. II rübdə isə vergidən dövlət büdcəsinə 1,5 milyard manatdan artıq ödənişin edilməsi proqnozlaşdılır.
Vergi borclarının azalması da qeyd edilməlidir. Bu ilin yanvarın 1-nə 2,4 milyard vergi borcu var idisə, martın 1-nə bu rəqəm 1,6 milyard manata enib. Yəni vergi borcu 30% azalıb. Bunun da 22%-ə yaxını dövlət mülkiyyətində olan idarələrin borcudur. Əvvəlki illərlə müqayisədə dövlət qurumlarının vergi borcu xeyli dərəcədə azalıb”.
1news.az