Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif edib | 1news.az | Xəbərlər
Siyasət

Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif edib

19:58 - 07 / 04 / 2016
Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif edib

Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.

1news.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib.

Mənbənin bildirdiyinə görə, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.

Mənbə qeyd edib ki, hazırkı “status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.

“Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”, - deyə Almaniya XİN-dəki mənbədən bildirilib.

1news.az

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər