Qəbələdə 44 yaşlı kişi meşədə özünü asıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə 44 yaşlı kişi meşədə özünü asıb

11:17 - 07 / 04 / 2016
Qəbələdə 44 yaşlı kişi meşədə özünü asıb

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Tola kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev kənd ərazisindəki meşə zolağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər