Ombudsman şəhid ailələrinə baş çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman şəhid ailələrinə baş çəkib

12:14 - 07 / 04 / 2016
Ombudsman şəhid ailələrinə baş çəkib

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova son günlər cəbhə bölgəsində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş polkovnik leytenant Orucov Raqub Cahangir oğlunun və gizir Məmmədov Murad Vaqif oğlunun Sumqayıt şəhərində yaşayan ailələrinə baş çəkib.

Ombudsmanın mətbuat xidmətindən 1news.az bildirilib ki, Müvəkkil onların döyüşlərdə göstərdikləri şücaəti və vətənpərvərliklərini yüksək qiymətləndirərək,  Şəhidlərin yaxınlarına baş sağlığı vermiş, Allahdan onlara səbir diləmiş və şəhidləri qisasının yaxın zamanlarda layiqincə alınacağına, mənfur düşmənlərin zəbt olunmuş torpaqlarımızdan təmizlənəcəyinə ümid etdiyini bildirib.

Şəhidlərin ailə üzvləri və yaxınları əzizlərinin Şəhidlik zirvəsinə yüksəlmələri ilə fəxr etdiklərini və Vətən sağ olsun söyləyərək onlara göstərilən qayğıya, diqqətə və şəhidlərin ruhuna göstərilən yüksək  hörmətə görə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

Bu görüşlərdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər