"Azəriqaz" üç ayda 60-a yaxın yaşayış məntəqəsini qazlaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Azəriqaz" üç ayda 60-a yaxın yaşayış məntəqəsini qazlaşdırıb

13:13 - 08 / 04 / 2016
"Azəriqaz" üç ayda 60-a yaxın yaşayış məntəqəsini qazlaşdırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 58 yaşayış məntəqəsinə təbii qaz verilib.

1news.az-a SOCAR-dan verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin yanvar-mart ayları ərzində 2 090 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 125 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-mart aylarında 58 yaşayış məntəqəsi qazlaşdırılıb.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər