Göyçayda iki maşın toqquşub, sürücülərdən biri və anası ağır xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda iki maşın toqquşub, sürücülərdən biri və anası ağır xəsarət alıb

14:00 - 08 / 04 / 2016
Göyçayda iki maşın toqquşub, sürücülərdən biri və anası ağır xəsarət alıb

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. 

 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, 68-BA-491 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili ilə toqquşub.        

 

Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

1news.az

 

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər