Dövlət Neft Fondunda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondunda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın iclası keçirilib

16:44 - 08 / 04 / 2016
Dövlət Neft Fondunda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın iclası keçirilib

2016-cı il aprel ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun İcraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli, 69s nömrəli Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə ilk iclası keçirilib.

1news.az-aDövlət Neft Fondundanverilən xəbərə görə, sərəncama əsasən yeni Komissiyanın tərkibinə Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti, Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildirlər.

İclas zamanı iştirakçılar MHŞT ilə bağlı ümumi məlumat almış, cari vəziyyət və yeniliklər haqqında MHŞT üzrə Katibliyin təqdimatı ilə tanış olublar. Bundan başqa, tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa (ÇQ) seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə ediblər.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

1news.az

Paylaş:
700

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər