Baş prokuror Ucarda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Ucarda vətəndaşları qəbul edəcək

00:06 - 09 / 04 / 2016
Baş prokuror Ucarda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov cari il aprelin 15-də Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

1news.az

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər