Qəbələdə qanvermə aksiyası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qəbələdə qanvermə aksiyası keçirilib

00:32 - 08 / 04 / 2016
Qəbələdə qanvermə aksiyası keçirilib

 Qəbələdə qanvermə aksiyası keçirilib

 Qəbələ rayonunda təşkil olunan qanvermə aksiyasında 110 könüllü iştirak edib.

 1news.az-ın APA-ya istinadən xəbərinə görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Könüllü qan vermək üçün gün ərzində müraciət edənlərin 110 nəfərindən qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər