“Dərbənd” xeyriyyə cəmiyyəti Azərbaycan rəhbərinin siyasətini dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

“Dərbənd” xeyriyyə cəmiyyəti Azərbaycan rəhbərinin siyasətini dəstəkləyir

21:26 - 09 / 04 / 2016
“Dərbənd” xeyriyyə cəmiyyəti Azərbaycan rəhbərinin siyasətini dəstəkləyir

Aprelin 9-da Bakıda “Dərbənd” xeyriyyə cəmiyyətinin idarə heyətinin geniş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları qoşunların təmas xəttində şiddətli döyüşlər zamanı şəhid olmuş azərbaycanlı hərbi qulluqçuların və “Dərbənd” xeyriyyə cəmiyyətinin idarə heyətinin keçmiş sədri Həmid Zeynalovun xatirəsini bir dəqiqə sükutla yad ediblər.

Qurumun sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev iclasda çıxış edib. Onun çıxışı, əsasən, Azərbaycan cəmiyyətdə tolerant həyat tərzinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu mövzusuna həsr edilmişdi.

Qeyd edilib ki, Azərbaycanda tarix boyu multikulturalizm, müxtəlif xalqların və müxtəlif dinlərin, burada və qonşu ərazilərdə yaşayan nümayəndələri arasında qarşılıqlı anlaşma və hörmət prinsipləri üstünlük təşkil edib. Azərbaycan və Dağıstan xalqları arasında yaranmış dostluq münasibətlərinin buna əyani nümunə olması, bu əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi siyasətində Heydər Əliyevin əvəzedilməz rolu vurğulanıb. Bildirilib ki, ölkəmizin indiki rəhbərliyi də bu yolu özünün prioritet vəzifəsi hesab edir. Belə ki, ümummilli liderin siyasətinin layiqli varisi Prezident İlham Əliyev cəmiyyətdə tolerant həyat tərzinin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycanda multikulturalizm və tolerantlıq məsələləri üzrə möhtəşəm beynəlxalq tədbirlər keçirilməsi müxtəlif dinlərin və millətlərin nümayəndələrinin əsrlər boyu dinc yanaşı yaşadığı ölkəmizə bütün dünyanın diqqətini cəlb edir.

N.Əliyev bildirib ki, əslən Dərbənddən olan Bakı ziyalılarının nümayəndələrinin təşəbbüsü ilə 1994-cü ildə yaradılmış “Dərbənd” xeyriyyə cəmiyyəti də bu işdə müsbət nəticələr əldə edilməsi üçün hər cür səy göstərir. “Dərbənd” cəmiyyətinin üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, həmvətənlərin vəziyyəti ilə maraqlanırlar; təşkilatın təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif tədbirlər və görüşlər keçirilir.

Tədbir iştirakçıları son günlərdə cəbhə xəttində baş verən hadisələri, onların ölkə daxilində vəziyyətə təsiri və dünya birliyinin bu hadisələrə münasibəti məsələlərini də müzakirə ediblər. Vurğulanıb ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq respublikanın bütün sakinləri Azərbaycan ordusunu dəstəkləyir və ona bilavasitə yardım göstərməyə hazırdırlar. Bu, Azərbaycan cəmiyyətinin multikulturalizm əsasında sıx birləşməsinin yüksək səviyyəsini bir daha əyani şəkildə nümayiş etdirir.

Bununla əlaqədar, “Dərbənd” cəmiyyətinin hazırladığı “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət” oxunub. Sənəddə deyilir ki, Azərbaycan cəmiyyəti dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, respublikanın ərazi bütövlüyünün qeyd-şərtsiz bərpa edilməsi əsasında tezliklə həll ediləcəyinə əminlik bildirilib. İclas iştirakçıları Müraciətin mətninin təkmilləşdirilməsi barədə təkliflər irəli sürüblər.

Sonra Böyük Vətən müharibəsi veteranı İrina Qədimova və rəssam, ictimai xadim Minayə Feyzullayevaya “Mehriban ana” ordeni təqdim olunub. “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı tərəfindən təsis edilmiş ordeni Fondun prezidenti və adı çəkilən jurnalın baş redaktoru Eldar İsmayılov təqdim edib.

İclasda cəmiyyətin sədri və yeni üzvləri seçilib.

1news.az

Paylaş:
814

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər