TANAP-ın 1350 kilometrlik hissəsində borular tikinti yerinə çatdırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

TANAP-ın 1350 kilometrlik hissəsində borular tikinti yerinə çatdırılıb

11:10 - 10 / 04 / 2016
TANAP-ın 1350 kilometrlik hissəsində borular tikinti yerinə çatdırılıb

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) 1350 kilometrlik hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev çıxış edərkən deyib.

N.Əliyev bildirib ki, TANAP layihəsi üzrə 2015-ci ilin martından başlanmış tikinti işləri fasiləsiz şəkildə davam etdirilir. Ötən ilin martından başlanmış inşaat işləri ilə əlaqədar qaz kəmərinin 1350 kilometrlik hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb.

Nazir qeyd edib ki, indiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir. 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə, qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur.

Paylaş:
596

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər