Aprelin 12-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 12-nə olan hava proqnozu açıqlanıb

13:39 - 11 / 04 / 2016
Aprelin 12-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 14-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 12-də bəzi yerlərdə yağış yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

1news.az

Paylaş:
993

Son xəbərlər

Bütün xəbərlər