Nazirlər Kabinetinə yeni aşkarlanan "dizayn narkotik"lərin siyahısı göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabinetinə yeni aşkarlanan "dizayn narkotik"lərin siyahısı göndərilib

13:44 - 11 / 04 / 2016
Nazirlər Kabinetinə yeni aşkarlanan "dizayn narkotik"lərin  siyahısı göndərilib

Azərbaycanda yeni narkotiklərin siyahısı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib ki, bu gün dünyada "dizayn narkotik"dən geniş istifadə olunur.

O bildirib ki, bununla bağlı Avstriyanın paytaxtı Vyanada keçirilən BMT-nin iclasında Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həmin narkotiklərin müvafiq siyahıya salınması məsləhət görülüb: “Azərbaycanda bu istiqamətdə işlər gedir. Həmin narkotik vasitələr müəyyənləşdirilərək siyahıya salınıb. Onların miqdarı, qadağan olunmuş narkotik və prisxotrop maddələrin, dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına salınması nəzərdə tutulub. Siyahılar hazırlanaraq təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib. Orada müvafiq nazirliklərlə müzakirələr təşkil olunacaq, son nəticədə siyahılar hazırlanacaq Milli Məclisə layihə təqdim ediləcək və yekun qərarı prezident təsdiqləyəcək”.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər