Rusiyaya gətirilən 20 ton quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rusiyaya gətirilən 20 ton quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi açıqlanıb

14:10 - 11 / 04 / 2016
Rusiyaya gətirilən 20 ton quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi açıqlanıb

Belə ki, süd məhsulunun RF-yə ixracı ilə məşğul olan Azərbaycan şirkəti Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti yanında təşkilatların reyestrində qeydiyyatdan keçməyib. Nəticədə, bu ölkəyə gətirilən 20 ton quru süd geri qaytarılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli bildirib.

"Ümumi qaydalara əsasən, Rusiyaya hər hər hansı bir məhsul idxal olunduqda o, Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti Xidməti yanında təşkilatların reyestrində qeydiyyatdan keçməlidir. Bu, icra edilmirsə, hər hansı bir məhsulun Rusiya tərəfindən qəbul edilməsi real deyil", - qeyə Y.Xanvəli qeyd edib.

Azərbaycan şirkətinə bununla bağlı əvvəlcədən xəbərdarlıq edildiyini deyən DBX rəsmisi əlavə edib ki, Biləsuvar rayonundan olan həmin sahibkara öncədən bu prosedur barədə xəbər verilib: "Lakin görünür, o, buna əhəmiyyət verməyib. Biz həmin müəssisənin sahibinə bu barədə məlumat vermişdik. Belə bir qayda var, hər hansı ölkəyə idxalla bağlı sorğu daxil olduqda, həmin ölkənin baytarlıq xidmətinin mütəxəsissləri sorğu göndərən müəssisədə nəzarət tədbirləri aparmalıdırlar. Azərbaycan tərəfi bu qaydalara əməl edir. Daha sonra, yoxlanılan müəssisə, məsələn, Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti Xidmətinin reyestrinə daxil edilir. Artıq bu mərhələdən sonra həmin məhsulların Rusiyaya idxalında heç bir problem yaranmır".

1news.az

Paylaş:
551

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər