“Ermənistanın Azərbaycana qarşı hərbi hücumu: Bizə uzaq görünən vəziyyətlər” – çilili jurnalist yazır
Azərbaycan Respublikasının Çili Respublikasındakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyev çilili jurnalist Markos Borkoskiyə müsahibə verib.
1news.az-ın məlumatına görə, müsahibə Çilinin “Cambio21” adlı xəbərlər portalında cari ilin 6 aprel tarixində dərc edilib.
Müsahibənin tərcüməsini təqdim edirik:
Ermənistan, xəbərdarlıq etmədən və illərcə qorunan atəşkəsi pozarkən Azərbaycan ərazilərində mülki vətəndaşların sıx məskunlaşdığı yerləri mərmilərdən hədəfə almış və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açmışdır. Bu hücumların nəticəsində bir çox mülki insan həlak olmuş, digəri ciddi yaralanmışdır. İctimai və özəl mülkiyyətə ciddi ziyan vurulmuşdur.
Bəzən, Qafqazda baş verən münaqişələr barədə eşitdiyimizdə və ya oxuyarkən, bu hadisələr bizə çox uzaq görünür, çünki Çili dünyanın, demək olar ki, sonunda yerləşir.
Bir neçə həftə əvvəl, elə bu köşədə Xocalı adlı şəhərin müdafiəsiz sakinlərinə qarşı keçmiş SSRİ alayının köməkliyi ilə erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə törədilən soyqırımı haqqında yazmışdım. Həmin yerdə əksəriyyəti yaşlı, qadınlar və azyaşlı uşaqlardan və hətta körpələrdən ibarət 613 insan öldürülmüşdür. Rəqəmlər dəhşətlidir, çünki Xocalıda 83 uşaq qətlə yetirilmişdir... 83 uşaq!!!
Bu vəhşi hadisə Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etdiyi və hazırda bu ölkəni demək olar ki, iki hissəyə böldüyü halda Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermişdir.
Lakin, 2 aprel tarixdə vəziyyət yenidən gərginləşmiş və Ermənistan xəbərdarlıq etmədən və illərcə qorunan atəşkəsi pozarkən Azərbaycan ərazilərində mülki vətəndaşların sıx məskunlaşdığı yerləri mərmilərdən hədəfə almış və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açmışdır. Bu hücumların nəticəsində bir çox mülki insan həlak olmuş, digəri ciddi yaralanmışdır. İctimai və özəl mülkiyyətə ciddi ziyan vurulmuşdur.
Məni şəxsən beynəlxalq mövzular cəlb edir. Buna görə də məlumatı birbaşa mənbədən almaq qərarına gəldim. Bu toqquşmalar haqqında eşitdiyimdə mən Azərbaycanın Santiaqoda müvəqqəti işlər vəkili Orxan Hacıyevlə söhbət apardım, həmin o diplomat ki, Xocalı qətliamı barədə mənə danışmışdır. O bildirdi ki, Azərbaycan silahlı qüvvələri Ermənistan tərəfindən növbəti təxribatların qarşısının alınması və mülki əhalinin qorunması məqsədilə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində lazımi tədbirləri görmüşlər.
Hazırda bu məqaləni yazarkən Qafqazın bu regionunda vəziyyət gərgin olaraq qalmaqdadır. Ağır artilleriya vasitəsilə təmas xətti boyunca Azərbaycan mövqelərinin atəşə tutulması davam etdirilir. Vəziyyət mürəkkəbdir. Ermənistan işğal olunmuş ərazilərdə əlavə raket və artilleriya qüvvələrini cəmləşdirməklə öz helikopterlərinin uçuşlarını həyata keçirir və diplomat Orxan Hacıyev sözlərinə görə, “Ermənistan son vaxtlar intensiv və aqressiv şəkildə sılahlı qarşıdurmalar və təxribatlara əl atarkən hücumlar həyata keçirir və iri çaplı pulemyot və artilleriyadan istifadə etməklə hərbçi və mülki şəxsləri qətlə yetirir”.
Və xüsusi ilə əlavə edir ki: “Ermənistanın çarəsizcəsinə təmas xəttində gərginliyin artmasında Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldatmasına yönəldilib”.
Mənə bildirir ki, müvafiq sənədlər vasitəsilə Azərbaycan Ermənistan silahlı qüvvələrinin öz işğal edilmiş ərazilərində qeyri-qanuni mövcudluğunu dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Və məhz bu səbəbə görə vəziyyət gərgin olaraq qalmaqdadır və Qafqazın bu regionunda sülhə və sabitliyə təhlükə yaratmaqda davam edir.
Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycana qarşı hərbi hücumların təşkil etməsi nə məqsəd daşıyır?
Diplomatın dediyinə görə, Ermənistan davamlı təxribatlar törətmək və gərginlik yaratmaqla işğal edilmiş Azərbaycan ərazilərində öz hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, eyni zamanda erməni əhalisinin bu ərazilərə köçürməklə başlıca məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz və qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır.
Və mənə dəqiqləşdirir ki, bu sadəcə Azərbaycan tərəfindən deyil, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də qeyd edilib. Beləliklə də bəllidir ki, məhz Ermənistan Minsk Qrupunun bütün təşəbbüslərinə qarşı çıxış edir və həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təkliflərini də rədd edərək, danışıqları pozmaq məqsədini daşıyır.
Azərbaycan diplomatının bildirdiyinə görə, bu isə onu göstərir ki, Ermənistan rejimi münaqişənin sülh yolu ilə həllinin tapılmasında maraqlı deyil.
Vəziyyətin həlli nədədir?
“Münaqişənin həlli üçün başlıca əsaslar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı 1993-cü il tarixli qətnamələr və həmçinin BMT Baş Assambleyasının 62/243 saylı, 2008-ci il tarixli qətnamələrində öz əksini tapıb. Bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxulmazlığı tanınıb. Bu qətnamələrdə BMT bir daha təsdiq edir ki, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.
Orxan Hacıyev mənə izah edir ki, “Azərbaycan torpaqlarının işğalı münaqişənin həllini təşkil etmir və heç zaman Ermənistanın arzusuna gətirib çıxarmayacaqdır. Ermənistan bu reallıqla nə qədər tez barışsa münaqişə bir o qədər tez öz həllini tapacaq və regiondaki ölkələr və insanlar əməkdaşlıq perspektivlərində və iqtisadi inkişafında bəhrələnmək imkanını əldə edəcəkdir”.
Regiondaki hərbi münaqişə Ermənistan tərəfindən Azərbaycana qarşı təkrar başlanmışdır, amma həll üçün çıxış yolu var.
Diplomat, sözlərini yekunlaşdıraraq bildirir ki, “Çox mühümdür ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamələri və eləcə də digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyinə, onun beynəlxalq səviyyədə tanınmış ərazilərinə hörməti əsasında və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması əsasında öz həllini tapmalıdır”.
Markos Borkoski, jurnalist