Tatar icması: Biz, ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə bəşəriyyətin bütün mütərəqqi tələblərinə qoşuluruq | 1news.az | Xəbərlər
Siyasət

Tatar icması: Biz, ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə bəşəriyyətin bütün mütərəqqi tələblərinə qoşuluruq

09:33 - 11 / 04 / 2016
Tatar icması: Biz, ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə bəşəriyyətin bütün mütərəqqi tələblərinə qoşuluruq

“Azərbaycanda yaşayan tatarlar ermənilərin növbəti provokasiyasının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücumu dəstəkləyirlər. Bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yüksəklikləri azad etmiş müzəffər Silahlı Qüvvələrimizin uğurları ilə fəxr edirik”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözlər “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyətinin yaydığı bəyanatda qeyd olunur.

Bəyanatı diqqətinizə çatdırırıq:

“İyirmi beş ilə yaxın müddətdə Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasətini yenidən nümayiş etdirib. Biz ölkəmizin bir milyon vətəndaşını öz doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qoymuş Ermənistanın cinayətkar siyasətini qətiyyətlə pisləyirik.

Biz, Ermənistanın və Dağlıq Qarabağda yaradılmış, heç bir dövlət tərəfindən tanınmamış separatçı rejimin regionda və bütün dünyada sülhə və sabitliyə təhlükə yaradan təcavüzünə son qoymağa çağırırıq. Qarabağ uğrunda müharibə Azərbaycanın öz torpağı uğrunda apardığı müharibədir.

Azərbaycan üçün bu mürəkkəb sınaq günlərində biz onu dəstəklədiyimizi, onunla həmrəy olduğumuzu bildirir, qoşunların təmas xəttində döyüş əməliyyatlarında həlak olmuş şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Azərbaycanda yaşayan tatarlar doğma yurdumuzun mənafelərini qorumağı və Vətənimizin düşməndən azad olunmasında iştirak etməyi özlərinə borc bilirlər. Biz ötən əsrin 90-cı illərində də erməni işğalçılarına qarşı mübarizədə azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə respublikanın ərazi bütövlüyünü qorumuşuq.

Biz, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrin tələblərinə uyğun olaraq erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə bütün bəşəriyyətin mütərəqqi tələblərinə qoşuluruq. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır. Respublikanın bütün çoxmillətli əhalisi kimi, biz də Azərbaycan Ordusunu və Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətini tamamilə dəstəkləyirik. Əminik ki, işğalçı erməni silahlı dəstələri tezliklə bizim ərazimizdən qovulacaq və Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibinə qaytarılacaq!”

1news.az

Paylaş:
412

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər