Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib-FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib-FOTO

12:18 - 11 / 04 / 2016
Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib-FOTO

Çin hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib. Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri var.

1news.az  xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Bu gün Çindən Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.

Tədbirdə Azərbaycan Nazirlər Kabineti, “Azərbaycan Dəmir Yolları" QSC, “Azəravtoyol” Dövlət Şirkəti və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, avtomaşınlar Çin və Azərbaycan hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində gətirilib. Gətirilən nəqliyyat vasitələri arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələr də var. Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər