Azərbaycanla Yaponiyanın şəhərləri qardaşlaşa bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Yaponiyanın şəhərləri qardaşlaşa bilər

14:05 - 12 / 04 / 2016
Azərbaycanla Yaponiyanın şəhərləri qardaşlaşa bilər

Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Yaponiya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 4,8 milyard dollar investisiya qoyulub. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 558,1 milyon dollar təşkil edib.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən S.Babayev qeyri-neft sahəsində Yaponiyanın kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış regionu olan Okinava prefekturası ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu, bu əlaqələrin inkişafında Yaponiya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.

Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kina Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb.

M.Kina bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq və Okinava prefekturasına daxil olan Miyakocima şəhəri ilə Naxçıvan şəhərinin qardaşlaşmaq istəyini reallaşdırmaqdır.

Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən AZPROMO tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib, Yaponiya iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

1news.az

 

Paylaş:
552

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər