Azercell-in cəbhə xəttindəki şəbəkəsində təkmilləşdirmə işləri davam edir - FOTO
Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır.
Cəbhə xəttinə ən yaxın 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilib.
Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy rayonlarında yerləşən Azercell-ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilir. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir.
Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Eləcə də, radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli mobil internet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.