“Bank of Baku”-nun internet bankçılıq xidmətindən hər kəsi sevindirəcək yenilik! | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bank of Baku”-nun internet bankçılıq xidmətindən hər kəsi sevindirəcək yenilik!

15:15 - 12 / 04 / 2016
“Bank of Baku”-nun internet bankçılıq xidmətindən hər kəsi sevindirəcək yenilik!

“Bank of Baku” “İnternet bankinq”-də xidmətlərin çeşidini və istifadə imkanlarını genişləndirdi. Tətbiq edilən yeniliklər sayəsində, müştərilər indi bank xidmətlərindən olduqları yerdən asılı olmayaraq daha rahat və sərfəli tariflərlə istifadə edə biləcəklər.

Əsas yeniliklərdən biri ondan ibarətdir ki, artıq “Bank of Baku” müştəriləri müxtəlif hesablararası pul köçürmələrini filiala yaxınlaşmadan, əlavə vaxt itirmədən, dünyanın istənilən yerində yalnız birdəfəlik şifrə ilə təsdiqləyərək, icra edə biləcəklər.

Bəs bu xidmətin ƏSAS ÜSTÜNLÜKLƏRİ hansılardır?:

1. Ölkədaxili pul köçürmə imkanı – artıq internet bankçılığa qoşulmuş “Bank of Baku” müştəriləri bütün öz və digər şəxslərin yerli bank hesablarına pul köçürmələri edə biləcəklər, üstəlik xidmətdən 50%-dək daha aşağı tariflə faydalanacaqlar. Köçürmələr birdəfəlik şifrə əsasında icra olunacaq və müştərilər mobil nömrəyə SMS-lə gələn birdəfəlik şifrə ilə təsdiq edərək hesabda olan vəsaiti köçürmə imkanı əldə edəcəklər.

2.Bankdaxili hesablararası köçürmə PULSUZ – müştərilər “Bank of Baku”-da olan öz şəxsi və ya digər şəxslərin hesablarına pul köçürməsini pulsuz edə biləcəklər. Əməliyyat heç bir kommissiya haqqı tutulmadan icra olunur;

3.Təhlükəsizlik məqsədilə birdəfəlik şifrədən istifadə imkanı – internet bankinq xidməti vasitəsilə icra olunan istənilən pul köçürməsi və digər xidmətlərin icrası birdəfəlik şifrə təsdiqinin əsasında aparılır. Şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir və müəyyən müddət ərzində istifadə olunmadıqda etibarsız sayılır;

4.Vaxta və büdcəyə qənaət – onlayn xidmətdən istifadə müştərilərə olduqları yerdən asılı olmayaraq günün istənilən saatında əməliyyatı icra etmələrinə imkan yaradır. Bununla da, müştərilər filialdaxili etdikləri əməliyyatla müqayisədə əsas iki üstünlüyə sahib olurlar: a) filialdaxili əməliyyat üçün sərf olunan vaxta qənaət olunur; b) bankdaxili hesablararası pul köçürmələri tamamilə pulsuz, digər banklarda olan hesablara isə 50%-dək daha ucuz həyata keçirilir.

İnternet bankinq xidmətilə, birdəfəlik şifrə təsdiqi əsasında bankdaxili pul köçürmələrinə 1000 AZN/USD/EUR, bankxarici köçürmələrinə isə 300 AZN/USD/EUR məbləği həcmində gündəlik limit təyin olunub. Xidmətdən gündəlik olaraq maksimum 3 dəfə, aylıq olaraq isə 30 dəfə istifadə etmək olar. Daha çox sayda və məbləğdə əməliyyat etmək istəyən fiziki şəxslər, ASAN imza-dan istifadə etməklə xidmətdən faydalana bilərlər. Əməliyyatlarını ASAN imza əsasında həyata keçirən sahibkarlar və hüquqi şəxslər üçün xidmətdən istifadə limitsizdir.

Bankın təqdim etdiyi internet bankinq xidməti, eləcə də tarif və limitlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
887

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər