“Safi” atelyesinin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Safi” atelyesinin təqdimatı keçirilib – FOTO

11:00 - 12 / 04 / 2016
“Safi” atelyesinin təqdimatı keçirilib – FOTO

Aprelin 7-də “150 Bar&Grill” restoranında “Safi” moda atelyesinin təqdimatı keçirilib.

1news.az-ın məlumatına görə, təqdimat zamanı atelyenin debüt kolleksiyası təqdim olunub, qonaqlara geyimləri diqqətlə nəzərdən keçirmək imkanı verilib. Kolleksiya ilə detallı şəkildə tanış olmaq üçün “lukbuk” təqdim edilib.

Stolların dekorundan tutmuş şirniyyatlara qədər hər bir detal tədbirə kreativ yanaşmadan xəbər verirdi.

Tədbirin aparıcısı Leyla Quliyeva hər kəsi ecazkar musiqidən və furşetdən zövq almağa dəvət edib.

Daha sonra “Safi” atelyesində geyim tikilişi üçün hədiyyə və endirim kuponlarına hədiyyələr oynanılıb. Tədbirin sonunda isə qonaqlara onların inisialları olan şərflər hədiyyə edilib.

Təqdimat mərasiminin informasiya dəstəyi Buro 24/7 Azerbaijan saytına məxsusdur.

Daha ətraflı:

Facebook - https://www.facebook.com/Atelier-Safi-1514662462189045/?fref=ts&__mref=message

Instagram - https://www.instagram.com/atelier_safi/

Telefon: 012 510 40 04 / 050 888 40 04

Ünvan: İzmir küçəsi, 5/107

1news.az

Paylaş:
1769

Son xəbərlər

Bütün xəbərlər