Niyazi Səfərov: “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması qeyri-neft sektorunun inkişafı üçün növbəti addımdır”
“Azərbaycanda “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması qeyri-neft sektorunun inkişafı üçün növbəti addımdır”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə Bakıda “Sənayenin inkişafına dövlət dəstəyi” adlı konfrans zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, ASC-nin yaradılması ölkədə ərzaq məhsullarının tədarükü və təchizatı prosesini xeyli asanlaşdıracaq:
“ASC daha keyfiyyətli və yaxşı təşkil olunmuş formada olacaq. Ən başlıcası isə, ərzaq məhsullarınınistehsalçılarla istahlakçıları arasında yeni formatda qarşılıqlı əlaqəsi olacaq”.
N.Səfərov həmçinin qeyd etdi ki, ASC-nin yaradılması qeyri-neft sektorunun sahibkarlarının fəaliyyətləri üçün yeni stimul yaradacaq.
Xatırladaq ki, aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Yeni ASC-nin yaradılmasının məqsədi Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.
ASC-ninn əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.
“Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar CəmiyyətiAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılacaq.
1news.az